Suriya ordusu 45 yaraqlını məhv edib

10 Yanvar 2014 13:25

Üsyançılar Homs şəhərini tərk edən zaman ordunun hücumuna məruz qalıblar

Suriya ordusu Homs şəhərində 45 yaraqlını öldürüb.

Anspress xarici mətbuata istinadən xəbər verir ki, üsyançılar şəhəri tərk edən zaman ordunun hücumuna məruz qalıblar.

İnsan hüquqları monitorinqinin Suriya mərkəzinin (OSDH) rəhbəri Rami Abdel Rəhmanın sözlərinə görə, müxalifət tərəfdarları Homsu tərk edəndə ordu zərbələr endirməyə başlayıb:

"Üsyançılar Homsun mühasirəsini aradan qaldırılması üzrə əməliyyata başlamaq istəyəndə, onları məhv ediblər. Onlar hökumət qüvvələri tərəfindən nəzarət edilən rayonda pusquya düşüblər".

Milli.Az