Tunis hökumətinin başçısı Əli Larayed istefa verdiyini elan edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə o mətbuat nümayəndələri ilə görüşündə bəyan edib.
"Mən artıq prezidentə istefa ərizəmi təqdim etdim", deyə Larayed jurnalistlərə bildirib.
Hökumət başçısı qeyd edib ki, yaxın zamanda Tunisdə Mehdi Comaanın rəhbərliyi altında müvəqqəti hökumət formalaşacaq.
Baş nazirin istefası ötən ilin oktyabrında ölkədəki siyasi böhrana son qoyulması üçün başlayan milli dialoqun yekun nəticəsi olub.
Milli.Az