Bakıda fəaliyyət göstərən şirkət dövlət dilimizə sayğısızlıq edir?
Dünyanın ən məşhur şirkətlərindən biri olan McDonalds Azərbaycan dövlətinə hörmətsizlik edir. Milli.Az Jam.az-a istinadən bildirir ki, Bakının mərkəzi və daha bir neçə yerində özünə şöbə açmış şirkətin xidmət sahələrində istehlakçılara təqdim olunan qida məhsullarının qablarının üzərində Azərbaycan dilində deyil, rusca yazılar öz əksini tapıb.
Qeyd edək ki, Soçi Olimpiadasını reklam edən şirkət həmin qidaların qabları üzərinə bircə cümlə də olsun Azərbaycan dilində yazdırmayıb. Qanunlara görə, Azərbaycanda fəaliyyət göstərən istənilən xarici şirkətin götürdüyü öhdəliklərdən biri də dövlət atributlarına hörmətlə yanaşmasıdır. Lakin McDonalds şirkəti bunun tam əksinə gedərək, dövlət dilmizi bir kənara qoyaraq, rus dilinə önəm verir.
Milli.Az