LG-dən yeni smart televizor
8 Yanvar 2014 19:57
Koreyanın LG Electronics şirkəti 2014 International CES sərgisində WebOS əməliyyat sistemi ilə işləyən ilk smart televizorlarını nümayiş etdirib. Şirkətdən bildirilib ki, yeni proqram içliyi hesabına televizorları idarə etmək daha asandır və smart qurğular özləri isə müxtəlif məzmunu daha sürətli və aydın göstərir. Milli.Az ICTnews-a istinadən bildirir ki, LG şirkətinin nümayəndələri deyiblər ki, cari ildə satılacaq smart televizorların 70%-i məhz WebOS ilə işləyəcək.
İdarəetmə sisteminin əsasını Launcher sistemi təşkil edir.
Milli.Az