ARDNŞ Türkiyədə aviayanacaqdoldurma biznesini əldə edə bilər

8 Yanvar 2014 14:02
Türkiyədə iri investor olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Avstriyanın OMV şirkətinin "Doğan Holding"in tərkibinə daxil olan "Petrol Ofisi"ndə (POAŞ) iştirak payını əldə edə bilər.

Bu barədə Trend çərşənbə günü Türkiyə KİV-nə istinadən məlumat verir.

"Petrol ofisi" aviayanacaqdoldurma şəbəkəsinə sahibdir.
KİV-in məlumatına əsasən, OMV "Petrol Ofisi"ndə payını satmağı və Türkiyə bazarını tam tərk etməyi planlaşdırır.

Hazırda OMV-nin "Petrol Ofisi"ndə iştirak payı 95,75 faizdir.

Milli.Az