Vatikanda yeni seks skandalı

8 Yanvar 2014 11:57

İsveçrəli mühafizəçi Vatikan rahiblərini ifşa etdi

Vatikanın təhlükəsizliyini təmin edən isveçrəli mühafizəçilərin köhnə bir üzvü, kardinallar, yepiskoplar və ruhanilər sinifinə mənsub şəxslərin onunla cinsi əlaqəyə girmək məqsədilə yaxınlaşmağa çalışdıqlarını iddia edib.

Anspress-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Vatikanda 1978-2005-ci illərdə xidmət edən isveçrəli mühafizəçi "20-25 dəfə onunla cinsi yaxınlaşma hallarının yaşandığını" bildirib. Köhnə əsgər bir dəfə kardinallardan birinin onu otağına dəvət etməsini bu tip təcavüz hadisələrinə bir nümunə olaraq göstərib.

İsveçrənin "Şveiz am Sonntaq" qəzetinə danışan köhnə əsgər "Gecənin bir yarısı otağımda oturarkən cib telefonum zəng çaldı. Zəng edən adam kardinal olduğunu söyləyib, mənə otağına getməyimi istədi" deyib.

Qeyd edək ki, köhnə əsgər bundan başqa, Vatikanda Papadan sonra ən əhəmiyyətli postlardan birində çalışan kardinalın da onunla cinsi əlaqəyə girmək istədiyini bildirib.

Milli.Az