Bu maşınlarda Android olacaq

7 Yanvar 2014 19:39
Göründüyü kimi, indi biz çox da yaxşı olmayan informasiya-əyləncə sistemlərinin qürub çağını müşahidə edirik. Belə ki, Google, NVIDIA, Audi, General Motors, Honda və Hyundai kimi şirkətlər "Açıq Avtomobil İttifaqı" (ing. "Open Automotive Alliance") adlandırılan alyansın yaradılması üçün birləşdilər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu İttifaq hazırda geniş yayılmış Android əməliyyat sistemi əsasında ümumi innovasiya platformasının hazırlaması üçün yaradılıb. Bu isə avtomobillərdə texnologiyaları daha təhlükəsiz və intuitiv anlaşılan olmağa imkan verəcək.

Google şirkətinin Android, Chrome və Proqramlar üzrə baş vitse-prezidenti Sundara Piçai bildirib: "Milyonlarla insan artıq Android-lə tanışdır və hər gün ondan istifadə edir. Avtomobil sənayesində Android platformasının daha geniş yayılması bizim partnyorlarımıza öz avtomobillərinə mobil texnologiyaları daha sadə inteqrasiyasını həyata keçirməyə, həmçinin sürücülərə tanış və rahat interfeys təklif etməyə imkan verəcək ki, bunun sayəsində onlar diqqəti yola daha yaxşı cəmləməyi bacaracaqlar".

Tamamilə mümkündür ki, biz içində olduğumuz bu ilin sonunda artıq Android ƏS ilə ilk avtomobilləri görəcəyik.

Milli.Az