Brilyant gitara satışa çıxarılır - VİDEO - FOTO

6 Aprel 2015 14:14

Məşhur gitara ustası Yuri Şişov "Faberge" şirkətinin 1900-cü ildə hazırladığı "Şam qozası" adlı zərgər yumurtasından ruhlanaraq dünyanın ən bahalı gitaralarından birini ərsəyə gətirib.
 

Milli.Az bildirir ki, "Faberge & Fender Stratocaster Pine Cone" adlı gitaranın ilkin satış qiyməti 1 milyon dollardır.
 

Gitaranın vələs ağacından hazırlanmış korpusu gümüşlə, daha sonra 18 karatlıq qızılla örtülüb, sonda da 550 brilyant qaşla bəzədilib.
 

Kaliforniyanın Anahaym şəhərində keçirilmiş "NAMM Show 2015" şousunda göstərilmiş gitara bu yaxınlarda keçiriləcək hərracda satılacaq.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.
фото