Fiat Chrysler-i alır

6 Yanvar 2014 18:33
Amerika avtoistehsalçısı üzərində nəzarət tamamilə Turindən olan konsernə keçir - Fiat Chrysler konserni aktivlərinin Veba pensiya fondu Amerika həmkarlar ittifaqının nəzarətində olan 41,5% hissəsini 3,65 milyard dollara bütünlüklə satın alır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bundan başqa, yaxın vaxtlarda italyan avtonəhəngi Veba -ya 700 milyon dollar ödəyəcək. Amerika şirkətinin Fiat qanadının altına keçməsi çoxdan yetişməkdə idi, amma yaxın vaxtlara qədər italyan nəhəngi rəhbərliyi və Amerika fondu transaksiyanın məbləği ilə bağlı razılığa gələ bilmirdilər - Veba özünün Chrysler -dəki payı üçün təxminən beş milyard dollar istəyirdi. Tərəflər sazişi 20 yanvara qədər rəsmiləşdirəcəklər.

Milli.Az