Təyyarə müəmmalı obyektə görə yerə endirildi
6 Yanvar 2014 10:47
Amerikanın "American Airlines" şirkətinə məxsus təyyarə San-Fransiskodan Nyu-Yorka uçarkən Kanzas Sitidə planlaşdırılmamış eniş edib. Buna səbəb təyyarənin göyərtəsində müəmmalı predmetin aşkarlanması olub.
215 nəfəri daşıyan "Boeing 767" təyyarəsi hava limanına endirildikdən sonra onu terminaldan mümkün qədər aralıda saxlayıblar. Sərnişinlər təxliyyə olunublar.
Axtarış nəticəsində göyərtədə elektron avadanlığa bənzəyən əşya aşkarlanıb. Polis birinci həmin əşyanın flaş informasiya daşıyıcısı olduğunu düşünüb. Sonra məlum olub ki, bu əslində yaddaş qurğusu formasına salınmış fotokameradır. Hazırda həmin qurğunun öyrənilməsi davam edir. Polis həmin əşyanın təyyarənin göyərtəsinə necə düşdüyünü araşdırır.
Milli.Az