"Bütün rəqiblərimiz İbrahimoviçdən qorxurlar"

4 Yanvar 2014 19:43
PSJ klubunun hücumçusu Edinson Kavani komanda yoldaşı Zlatan İbrahimoviç haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, "Le Figaro"ya danışan uruqvaylı futbolçu bütün rəqiblərin İbrahimoviçdən çəkindiyini bildirib:

"İbrahimoviçlə birgə oynayarkən özümü çox yaxşı hiss edirəm. Çünki o, çox yüksək səviyyəli futbolçudur və hücum zamanı mənim qol vurmağım üçün yaxşı şərait yaradır. Bütün rəqiblərimiz İbrahimoviçdən qorxurlar. Çünki o hər an istənilən mövqedən qol vura bilər".

Milli.Az