Mətbəx sirləri: "Fransız sevgili"
2 Yanvar 2014 07:00
Milli.Az "Fransız sevgili" salatının hazırlanma qaydasını təqdim edir
Tərkibi:
300 q toyuq filesi
2 baş soğan
1 st. ağ kişmiş
1-2 yerkökü
50 q pendir
1 st. qoz
2 portağal
şəkər tozu
duz
mayonez
Toyuq filesini bişirin, soyudub doğrayın.
Soğanı doğrayıb üzərinə qaynar su tökün, 3 dəqiqə sonra süzün, sonra sirkə, duz və şəkər qarışığında marinə edin.
Kişmişi qaynar suda bir dəqiqə saxlayıb süzün.
Yerkökü və pendiri ayrılıqda sürtgəcdən keçirin.
Qozu xırdalayın.
Aralarına mayonez çəkməklə lay-lay düzün:
toyuq + marinə edilmiş soğan + kişmiş + yerkökü + pendir + qoz.
Salatı bir neçə saat soyuducuda saxlayın. Süfrəyə verərkən üzərini portağalla bəzəyin.
Nuş olsun!
Milli.Az