Bəlalı insan: gün keçdikcə əriyir - FOTO

30 Dekabr 2013 15:26
190 sm boyu, 66 kq çəkisi olan ingilis Tomi Steniford 2016-cı ildə Braziliyanın Rio de Janeyru şəhərində keçiriləcək Paralimpiya Oyunlarına hazırlaşır.


Milli.Az AHT-yə istinadən bildirir ki, hüquq fakultəsinin məzunu Tomi Steniford Britaniya Milli Paravelosiped Yarışının çempionudur.

Fəqət, o, ağır bəlaya mübtəladır. MDP sindromu adlanan xəstəliyə tutulmuş Tominin dərisinin altında yağ və ya piy qalmır, əriyir.


12 yaşından bəri xəstəlikdən əzab çəkən Tominin üzləşdiyi mərəz dünyada, sadəcə, 8 nəfərdə var.

Xəstəlik ucbatından Tomi Stenifordun orqanizmində əzələlərin inkişafı normanın 40 faizi qədərdir.


Ekseter Universitetinin alimlərinin dediklərinə görə, apardıqları araşdırmalar Tomi Stenfordun mübtəla olduğu MDP sindromunun genetik mutasiya ilə bağlıdır.


Bu isə Tominin xəstəliyinin müalicəsinə ümid yaradır.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.
 



Fotolar: AHT