Nintendo bayrama dözə bilmədi

1 Yanvar 2014 14:41
Yaponiyanın Nintendo şirkəti Qlobal Avropa-Amerika istirahət günü problemi ilə üzləşib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin oyun şəbəkəsi artıq ikinci gündür ki, problemlər yaşayır, bu gün isə bir çox qeymerlər üçün əlçatmaz olub. Çünki milad tətillərində istirahət edən avropalılar və amerikalılar ilə qenerasiya edilən qeymer trafikinin həcmlərinin kəskin artımı ilə bacara bilmir.

Son günlər bir çox qeymerlər şəbəkədə Nintendo Network ID vasitəsilə avtorizasiya edə bilməyiblər, eyni zamanda Nintendo Wii U və Nintendo 3DS üçün oyun qurğuları üçün Nintendo eShopdan kontent yükləmək mümkün olmayıb.

Şirkət satışların azalmasını müşahidə edir və 2014-cü ilin 31 mart tarixinədək 7 milyon Wii U qurğusunun satılacağı ilə bağlı proqnozlar özünü doğrultmur, yəqin ki, 5 milyon qurğunun satılması daha real görünür, halbuki Nintendo təqdim etmədən öncə şirkət 10 milyonadək Wii U sata biləcəyini bildirib.

Milli.Az