Milli.Az Auto.az-a istinadən bildirir ki, şəkillərdə təqdim edilən avtomobilə aerodinamik asılqanı "Lumma"-nın Rusiyada rəsmi distributoru olan "TopCar" şirkəti quraşdırıb.
Əlavə olaraq möhtəşəm yolsuzluq avtomobili böyük diametrli disklər və eksklüziv aksessuarlar dəsti alıb. Tam tüninq-paketin qiyməti 29509 avrodur.
Bu qiyməti ödəyən avtomobil sahibi mühərrik hissəsini ventilyasiya etmək üçün üzərində kəsikləri, splitteri və diodlu hərəkət işıqları olan yeni qabaq bamper, genişləndirilmiş təkər arkaları, yenidən işlənmiş kandarlar.
Həmcinin avtomobil damın sonunda spoyler, 4-qabırğalı diffuzoru olan yeni arxa bamper alıb.
Britaniyanın yolsuzluq avtomobili, həmçinin "Lumma Design" embleminə, aşağı salınmış asmaya, 22-düymlük çoxmilli disklərə malikdir.
Milli.Az