Biletlər 10 dəfə ucuz satıldı

28 Dekabr 2013 18:11
Endirimli bilet satışı iki saat davam edib. Aviaşirkət bu vaxt ərzində satılmış biletləri ləğv etməyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Delta Airlines Amerika aviaşirkətinin saytında baş vermiş texniki nasazlıq səbəbindən, nəticədə daxili reyslərin biletləri onlarla dəfə ucuz qiymətə satılıb.

Bu vaxt ərzində nə qədər insanın bilet aldığı məlum olmayıb, lakin endirimli satış haqda məlumat sürətlə internetdə yayılıb və bəziləri bir anda çox sayda bilet alıblar.

Sonra Delta bildirib ki,aksiya planlaşdırılmayıb və texniki səhvin nəticəsində baş verib. Şirkət elan edib ki, bütün alınmış biletlər qüvvədə olacaq. Bir müddət öncə bu il oxşar texniki nasazlıq United Airlines saytında baş verib. O vaxt aviaşirkət bir neçə saat ərzində biletləri 5-10 dollara satıb. United Airlines şirkəti də alınan biletləri ləğv etməyib.

Milli.Az