Aynişanın yuxusuz gecələrinin səbəbkarı odur

27 Dekabr 2013 21:55
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan kədər içindədir.

Publika.az-ın məlumatına görə, gənc müğənnini kədərləndirən yaxın dostu Mirkamilin xəstəliyidir. Sosial şəbəkədə bununla bağlı status paylaşan Aynişan Mirkamilə görə narahatlığını ifadə edib: "Bu insan mənə çox doğma idi.

Çünki uşaqlığımızdan bir-birimizi tanımağımız bir tərəfə, çox yaxşı bir insan kimi tanımışam. Eyniliklə xalqımız da Mirkamili çox sevib və doğma insan kimi həmişə dəstəkləyib. Niyyətim sizi kədərləndirmək deyil.

Sadəcə, istəyirəm biləsiniz, bir neçə gün öncə İrana müayinəyə getmişdi. Nəticələr ürəkaçan çıxmayıb və bu günlərdə ürəyindən əməliyyat olunacaq.

Bu xəbər məni çox sarsıtdı, səhərə kimi gözümə yuxu getmədi. Gəlin hər birimiz dua edək".

Milli.Az