İsrail parlamentində yolka yasaqlandı

27 Dekabr 2013 17:00

İsrail Knessetinin (ölkə parlamenti) spikeri Yuli Edelşteynin göstərişi ilə parlamentdə Yeni İl bayramı ilə bağlı atributlar, bəzəklər və yolkanın qoyulması qadağan olunub.


Milli.Az AHT-yə istinadən bildirir ki, ərəb mənşəli xristian millət vəkilinin Knesset binasına yolka ağacanının qoyulması və bəzənməsi ilə bağlı təklifini rədd edən spiker deyib: "Bu təklif yəhudi özüdərkinin zəiflənməsinə yönəlmiş bir ərəb təklifidir. Yolka ağacına icazə versək, gələn dəfə xaç qoyulmasını istəyəcəklər.
Xristianlıq simvollarının ictimai binalarda yerləşdirilməsi əsrlər boyu xristian dini mənsublarından təzyiqlərə məruz qalan yəhudilərə təhqirdir. O ərəb millət vəkili yolka ağacının öz ofisində və ya partiyasının iclas salonunda qura bilər. Amma knessetin foyesində və ya bir başqa yerində olmaz", - spiker deyib.
 

Milli.Az