Citroen DS 5LS: ilk dəfə - FOTO

25 Dekabr 2013 22:36
"Citroen" şirkəti DS mükafat sırasından olan yeni sedan "5LS"-in rəsmən sirrini açdı. Yeniliyin satışları Çin bazarı üçün nəzərdə tutulacaq və 2014-cü ilin martında başlanacaq.

"Citroen DS 5LS"-in dizaynı Şanxay avtosalonunda göstərilmiş konsept "Wild Rubis"-in üslubunda hazırlanacaq. Baş işığnın xarakterik uzadılmış fənərlərini, xromlaşdırılmış haşıyəsi olan radiator barmaqlığını, həmçinin uzadılmış kapotu qeyd etmək lazımdır.

Milli.Az Auto.az-a istinadən bildirir ki, "Citroen DS 5LS"-in ölçüləri: 2,71 təkər bazasında 4,7 x 1,84 x 1,5 metr. "Citroen DS 5LS"-in salonu daha çox sedan "C4"-ü xatırladır, lakin bəzəkdə ağac və dəri kimi yüksək keyfiyyətli materiallardan istifadə olunub.

Bundan başqa, yeniliyin təchizatına massaj funksiyası olan qabaq oturacaq, salona açarsız daxilolma sistemi, hava ionizatoru, həmçinin sensorlu ekranı və DVD formatlı multimedia sistemi kimi seçimlər daxildir. "Citroen DS 5LS"-in kapotunun altında160 a.g. və 200 a.g. variantlarında əlverişli olan 1,6 litrlik benzin turbomühərriki, həmçinin 135 a.g. olan 1,6 litrlik VTi mühərriki yerləşə bilər.

Birinci iki mühərrik 6 pilləli avtomatik transmissiya ilə birgə işləyir. VTi mühərriki ilə təchiz olunmuş sedanın hansı sürət qutusu ilə aqreqatlaşdırılacağı məlum deyil. Yeniliyin qiyməti bilavasitə satışın əvvəlində açıqlanacaq. Avtomoilin istehsalı Şençjen şəhərində "Citroen" zavodunda keçiriləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.