Yeni Mercedes C63 AMG - FOTO

25 Dekabr 2013 18:33
Yeni nəslin satışlarının başlanması ərəfəsində ən güclü "Mercedes-Benz C-klass" benzin mühərrikli 184 a.g. verən versiya olacaq. Lakin 2014-cü il ərzində istehsalçı avtomobilin mühərrik qammasını, həmçinin "S63 AMG" üçün olan yeni mühərriklə tamamlayacaq.

Milli.Az Auto.az-a istinadən bildirir ki, AMG bölməsi sedanın yeni nəsli üçün ikili turbo yükləyicisi olan dördlitrlik V8 hazırlayıb. Hələlik onun texniki xarakteristikaları dəqiq məlum deyil, lakin deyilənlərə görə mühərrik 450-dən 500-dək a.g. verəcək.

Yeni mühərrikə "yüklənmiş" "Mercedes-Benz"-dən məşhur olan yeddipilləli robotlaşdırılmış 7G-MCT Speedshift sürət qutusu kömək edəcək. Qeyd etmək lazımdır ki, indiki nəsil "Mercedes-Benz C63 AMG" 457 a.g. verən 6,2 litrlik atmosfer mühərrikinə malikdir.

Beləliklə, güman etmək olar ki, yeni nəsil "yüklənmiş" sedanın güc qurğusu daha güclü olacaq. Ona görə də onun faydalı iş əmsalı 500 a.g.-nə çatmalıdır. AMG bölməsindən olan yeniliyin premyerası 2014-cü ilin sonuna nəzərdə tutulub.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.