İdman avtomobilinə yeni baxış - FOTOSESSİYA

27 Dekabr 2013 23:53
Avropa Dizayn İnstitutu (IED) avtomobil dünyasında nüfuzu və hörməti olan bir təşkilatdır: məhz IED rəssamları keçən ilki Genevrə avtosalonunu yaraşıqlı Alfa Romeo Gloria konseptiylə həyəcanlandırmışdılar. Və budur, Avropa Dizayn İnstitutu ustalarından biri Karlos Palasios öz şəxsi layihəsini - yarış trasına uyğunlaşdırılmış qeyri-adi idman avtomobili işləməyi qərara alıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Nissan şirkəti üçün işlənmiş maşın Kaze (küləyin adı) adını aldı. Müəllif belə hesab edir ki, Kaze orta mühərrik tərtibinə malik olmalıdr, güc aqreqatı kimi isə belə idman avtomobilləri üçün səciyyəvi olmayan 6,5-litrlik V12 çıxış edir. Rəssamın məqsədi qırxıncı illərin avtomobillərinin gözəlliyini və incə cizgilərini müasir Formula 1 maşınlarının texnoloji inkişafı ilə birləşdirməkdir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.