Bakıda saxta kabel və naqillərin satışı dayandırılıb - FOTO

14 Oktyabr 2010 16:44
Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində "Azərgöktel" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilmiş naqillərin "Siemens" və Türkiyə istehsalı olan "Alkan Kablo" adı ilə markalandığı və bununla da istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verildiyi, eləcə də elektrik kabel və naqillərinin uyğunluq sertifikatının olmadığı müəyyən edilib. Yoxlama zamanı həmçinin, etiketlənməsi normativ sənədlərin tələblərinə uyğun olmayan 92,4 min metr elektrik naqilləri və məhsulların qablaşdırılmasında istifadə edilən 191,3 kq saxta bükmə materialı aşkar olunub.

Yol verilmiş qanun pozuntuları ilə əlaqədar kabel və naqillərin istehsalı və satışının dayandırılması, naqillərin qablaşdırılmasında istifadə edilən 191,3 kq saxta bükmə materiallarının məhv edilməsi barədə "Azərgöktel" MMC-yə icrası məcburi göstəriş verilib.

Milli.Az