Apple Çin nəhəngi ilə anlaşdı

23 Dekabr 2013 21:35
Associated Press agentliyinin yaydığı məlumata əsasən, Apple şirkəti iPhone smartfonunun satış həcmini artırmaq məqsədi ilə dünyanın ən böyük mobil rabitə operatoru China Mobile şirkəti ilə saziş imzalayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü il yanvarın 17-də China Mobile şirkətinin ixtisaslaşdırılmış mağazalarında iPhone 5s və 5c smartfonunun satışlarına başlanılacaq. China Mobile artıq dekabrın 25-dən sözügedən telefonlara sifarişlərin qəbuluna başlayacaq. Sazişin maliyyə detalları açıqlanmayıb.

Analitiklər qeyd edirlər ki, təxminən 750 milyon abunəçiyə xidmət edən China Mobile şirkəti ilə saziş bağlanılması alma smartfonlarının Çin bazarında satış həcmini xeyli artıracaq.

Milli.Az