Bu da yeni Range Rover - FOTO

23 Dekabr 2013 22:44
Milli.Az 4charx.com-a istinadən bildirir ki, uzun illər boyu Land Rover modelləriylə məşğul olan Britaniya atelyesi Overfinch yeni nəsil Range Rover modelinin öz versiyasını təqdim etdi. İstehsalçılar işləyib hazırladıqları yolsuzluq avtomobilini dünyada ən dəbdəbəli SUV adlandırırlar.

Sırası ilə məlumat verməyə başlayaq - zahirən yeni avtomobili işıq diod hərəkət işıqları və parktronik inteqrasiya edilmiş tamamilə başqa asma, həmçinin işlənmiş qazları xaricetmə sisteminin zərif boruları digərlərindən fərqləndirir. Bamperlər, yan ətəklər və damda nisbətən böyük spoyler tamamilə karbondan hazırlanıb.

Avtomobilin kifayət qədər ciddi üslubu interyerdə də davam etdirilib və salon yüksək keyfiyyətli iki rəng dəriylə işlənib. Dərinin üzərindəki tikişlərin rəngi dərinin öz rəngi ilə təzad əmələ gətirir. Yeri gəlmişkən Overfinch mütəxəssisləri müştərilərə müxtəlif materiallardan istifadə etməklə tərtibatın bir çox başqa variantlarını təklif edəcəklər.

Qiymətlərin elan edilməməsinin də səbəbi elə budur - hər şey seçilmiş konfiqurasiyadan asılıdır. Dəbdəbəli yolsuzluq avtomobili olduqca məhdud tirajla buraxılacaq. Emalatxana ildə bu üslubda işlənmiş yalnız 100 nüsxə Range Rover buraxmağı planlaşdırır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.