WhatsApp istifadəçilərinin sayı 400 milyonu keçdi

21 Dekabr 2013 22:01

WhatsApp messencerinin aylıq aktiv istifadəçilərinin sayı 400 milyonu ötüb. Bu, 2013-cü ilin apreli ilə müqayisədə iki dəfə çoxdur.

Beləliklə, messencer internetin ən sürətlə inkişaf edən xidmətlərindən biri olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, WhatsApp xidmətindən bildirilib ki, tətbiq gündəlik 32 milyard gələn mesajları və 500 milyard fotoşəkil emal edir.

Şirkət 2009-cu ildə Yahoo!-nun keçmiş əməkdaşları tərəfindən yaradılıb. Hazırda bu tətbiq smartfonlar üçün bütün əsas əməliyyat sistemlərində əlçatandır. WhatsApp messencerindən istifadə qiyməti illik 0,99 dollar (birinci il ödənişsizdir) təşkil edir.

Bu yaxınlarda Google korporasiyası WhatsApp şirkətini 1 milyard dollara satın almağa cəhd edib. Lakin saziş bağlanmayıb, çünki adı çəkilən şirkət daha böyük məbləğ tələb edib.

Milli.Az