Azərbaycan musiqisinin Aslanı öldü - YENİLƏNİB
20 Dekabr 2013 15:16
15:16
"Atamın bütün dəfninin xərclərini Salyan Rayon İcra hakimiyyəti çəkəcək".
Bunu AzNews.az-a qarmon ifaçısı Aslan İlyasovun oğlu deyib. Onun sözlərinə görə, hazırda mərhumun cənazəsi Salyana aparılır:
"Salyana çatmaq üzrəyik. İcra Hakimiyyətinə xəbər verdik. Onlar bizi gözləyirlər. Şəxsən rayonun icra başçısı bizi özü qarşılayacaq".
---------
13:37
Tanınmış qarmon ifaçısı Aslan İlyasov bu gün dünyasını dəyişib.
A. İlyasovun oğlunun APA-ya verdiyi məlumata görə, atası 13:00 radələrində evdə vəfat edib: "Xəstəxanaya götürə bilmədik. Birdən-birə halı pisləşdi, bizi tək qoyub getdi".
Qeyd edək ki, Aslan İlyasov uzun müddətdir sirrozdan əziyyət çəkir, yataq xəstəsi idi.
Milli.Az