Artıq Yeni il yaxınlaşdıqca, çoxlarının, xüsusilə də uşaqların ən çox gözlədiyi Şaxta babadır. Uzun ağ saqqalı və qırmızı geyimi olan Şaxta babanın haradan peyda olması, düzü, uşaqları o qədər də maraqlandırmır. Çünki onlar üçün əsas tərəf Şaxta babanın verdiyi hədiyyələrdir. Şaxta babanın necə yaranmasını bilmək üçün gərək keçmişə nəzər salaq. Rəvayətlərə görə, rus nağıllarının qəhrəmanı olan Şaxta babanı hələ ulu nənələr və babalar dekabrın 19-dan yanvarın 18-nə kimi çağırıb ondan hədiyyə alardılar.Şaxta babanın adını hələ 3-cü əsrdə Aralıq dənizi ətrafında yaşamış Nikolay adlı bir nəfərlə bağlayırlar