Vivo Xplay 3S böyükölçülü ekran diaqonalına (6 düym) malik olan smartfonlar kateqoriyasına aiddir. Displey bu ölçüdə olmaqla təsvir ölçüsü 490 ppi təşkil edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon 2,3 giqahers takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 800 prosessor və Adreno 330 qrafik modulu ilə təchiz edilib, həmçinin LTE şəbəkələrində işi dəstəkləyir. Bundan başqa, smartfon 3 giqabaytlıq operativ və 32 giqabaytlıq daxili yaddaşa, 13 meqapikselli kameraya, f/1.8 diafraqmalı obyektiv və barmaq izləri skanerinə malikdir.
Vivo Xplay 3S modelinin təsviri QHD yüksək təsvir ölçüsündə göstərməsinə baxmayaraq videonun yazılmasını yalnız 1080p formatında dəstəkləyir. Qurğunun batareyası 3200 milliamper\saat tutumuna malikdir, lakin avtonom rejimdə nə qədər işləməsi barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, LG şirkəti 5,5 düym diaqonallı smartfon üçün Quad HD displeyinin prototipini nümayiş etdirsə də, belə ekranla təchiz olunan smartfonun buraxılması barədə məlumat verilmir.
Quad HD və ya Quarter HD HD təsvir keyfiyyətinin dörddə bir hissəsini (1/4 və ya 25 faiz) təşkil etməklə 960 ×540 piksel təsvir ölçüsünə malikdir.
Milli.Az