Windows 8 üçün də Viber oldu

19 Dekabr 2013 23:53
The Next Web nəşri yazıb ki, Viber şirkəti Windows 8 əməliyyat sistemi üçün eyni adlı messencer buraxıb. Nəşrin məlumatına görə, sözügedən proqram daha öncə yalnız mobil qurğular üçün əlçatan idi və fərdi kompüter üçün versiyası bir neçə ay əvvəl təqdim edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Viber messencerinin Windows 8 versiyası bu əməliyyat sisteminin bir sıra funksiyalarından istifadə edir.

Hazırda Viber messencerinin auditoriyası 200 milyonu ötür.

Milli.Az