Türk aktyor qarda maral daşıdı

25 Dekabr 2013 15:40
Türkiyənin gənc və tanınmış aktyorlarından olan Burak Özçivit Pepsi şirkətinin yeni reklam kampaniyasına çəkilir.


Milli.Az AHT-yə istinadən bildirir ki, ssenariyə görə, aktyor Kartalkayada, -15 dərəcə soyuqda yaralı maralı "xilas" edib və çiyninə alaraq meşədən çıxarıb.


Soyuq havada əynində, sadəcə, köynək olan aktyor 16 saat çalışıb.


İki gün davam edən çəkilişlər dünən başa çatıb.


Milli.Az