İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fiziki şəxs Tahirov Malik Ağaşirin oğluna məxsus istehsalat sahəsində (Bakı şəhəri, Xətai rayonu, Əhmədli prospekti, 2245-ci məhəllə) aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan, habelə digər təsərrüfat subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilməklə kolbasa və sosislərin istehsal olunduğu müəyyən edilmişdi.Bakıda kolbasa istehsalçısına maliyyə sanksiyası tətbiq edilib