Növbəti 5 ildə nə olacaq?

18 Dekabr 2013 20:15
IBM şirkəti yaxın beş il ərzində ən çox gözlənilən texnoloji innovasiyaların təqdim olunduğu ənənəvi Beş ildən sonra növbəti beşlik (Five in Five) siyahısını dərc edib. Bu barədə şirkətin saytında deyilir.

Bu ilin ilk yeniliyi tədris texnologiyalarına aiddir. Bu, şagirdlər üçün fərdi cədvəl tərtib etmək, internet platformaları və bulud analitikasının köməyi ilə sınaq imtahanlarının nəticələrini, dərslərdə iştirakı və davranışı izləmək imkanı deməkdir. big data ilə iş səhiyyə sahəsinə də aid olacaq. IBM-in proqnozuna görə, həkimlər insan DNK-sının xüsusiyyətlərini nəzərə alaraq müalicə variantları təklif edə biləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumatlar analitikası və bulud koqnitiv sistemlərinin genom tədqiqatları ilə yanaşı, inkişafı həkimlərə xərçəng xəstəliyinə düzgün diaqnoz qoymaqda kömək edəcək və milyonlarla xəstə üçün fərdi müalicə planlarının əldə olunmasını mümkün edəcək, - IBM nümayəndələri bildirib.

Hazırda onlayn alışlar adi mağazalardakı alışlara nisbətdə daha fəal inkişaf edir, lakin növbəti beş ildə mağazalar populyarlığı geri qaytarmaqla əlavə reallıq texnologiyasının, bulud texnologiyasındakı məlumatlar əsasında sürətli çatdırılma və ekspertizanın köməyi ilə hər bir alıcıya fərdi yanaşacaq.

IBM-in növbəti beş il üçün daha bir proqnozu istifadəçinin ona etibar olunan qurğusunu qoruyacaq və fərdi məlumatların oğurlanmasının qarşısını almaqla istifadəçinin konteksti, fəallığı və hərəkət xronologiyasını təhlil edəcək fərdi rəqəmli mühafizənin yaradılması ilə bağlıdır.

Nəhayət, insanlar yaşadıqları şəhərdən dəstək gözləyə bilərlər. Belə ki, beş ildən sonra ağıllı şəhərlər real vaxt rejimində insanların tələbatını, məşğuliyyətini və hərəkət üsullarını qiymətləndirməyi, resursların paylanmasını adaptasiya etməyi, mobil qurğular və sosial şəbəkələrin köməyi ilə birbaşa əlaqə yaratmağı öyrənəcək.

IBM bu innovasiyalar siyahısını hər il dərc edir. Ötən il şirkət bu yeniliklər arasında insanın gündəlik fəaliyyəti prosesindən elektrik enerjisinin alınması, multifaktorlu biometriya, elektronikanın insan beyni ilə əlaqəsi, mobil qurğular vasitəsilə rəqəmli fərqin aradan qaldırılması və informasiyanın vacibliyinin artırılması üçün analitik texnologiyaların optimallaşdırılması kimi trendlərin adlarını açıqlayıb.

Milli.Az