PayPal yeni şirkət aldı

18 Dekabr 2013 20:56
Dünyanın ən böyük elektron ödəmə sistemi PayPal San-Fransisko şəhərində yerləşən Stack Mob şirkətini satın almasını təsdiqləyib.

PayPalın nümayəndəsi sazişin məbləğini açıqlamayıb, lakin deyib ki, Stack Mob şirkətinin 18 tərtibatçısı PayPalın San-Xosedəki qərargahında işləyəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, son illər PayPal müştərilərə aşağı xidmət səviyyəsi və köhnə proqram təminatı ilə özündənrazı və şişirdilmiş nüfuzu qazanıb.

Lakin yeni baş direktor vəziyyəti dəyişdirməyə çalışır. O, martda şirkətin strukturunu yenidən qurub və platformanı daha elastik edib.

Milli.Az