Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni avtomobil üçüncü nəsil MINI-inin qaynar versiyasını təşkil edir. Hot-Heç standart modelindən xüsusi rəng sxemi, aqressiv asqı və 18 düymlük yüngül lehimli yeni disk dəsti ayırır. Adi MINI-də duman əleyhinə fənərlərin olduğu yerdə JCW-da böyük hava giriş dəlikləri peyda olub. Həmçinin bamperlər və yan ətəklər dəyişikliklərə məruz qalıb, damda isə spoyler peyda olub. Kuzovun müasirləşdirməsi aerodinamikanı yaxşılaşdırıb, amma konkret rəqəmlər hələ açıqlanmır.
Milli.Az