Vatikan keşişləri əzadarlıq mərasiminə qatıldılar - FOTO

17 Dekabr 2013 17:39
Türkiyənin Altınşəhər qəsəbəsinin "Zeynəbi-Kübra Gənclik Dərnəyi" Tahtakale məhəlləsində "Ərbəin Çadırı və Ərbəin Yürüşü" adlı tədbir keçirib.

Milli.Az İslam.az-a istinadən bildirir ki, Quran tilavəti ilə başlayan tədbirin açılışında Zeynəbi-Kübra (s.ə) məscidinin imamı Əli Koç Kərbəla qiyamının fəlsəfəsindən danışıb.

Avcılar bələdiyyəsinin sədri Mustafa Dəyirmançı Həzrət Zeynəb (sə) və İmam Hüseynə (ə) ithaf etdiyi şeirlərini oxuyub. Daha sonra mərsiyələr və rozələr oxunub.

"Zeynəbi-Kübra Gənclik Dərnəyi" tərəfindən hazırlanan tamaşada Kərbəla əsirlərinin Aşura günü və sonra yaşadıqları acı günlər səhnələşdirilib.

Rəsmi Vatikanın ziyarətlərin təşkili üzrə şöbəsinin baş direktoru Liberio Andreattanın başçılığı ilə böyük bir heyət İraqda Kərbəla şəhidlərinin yad edilməsi məqsədilə keçirilən Ərbəin mərasimlərində iştirak ediblər.

Heyət əvvəlcə Ur şəhərində yerləşən Həzrət İbrahimin evi olduğu güman edilən binanı ziyarət edib. Daha sonra çoxlu sayda ziyarətçi ilə Nasiriyyə şəhərindən Kərbəlaya qədər Ərəbəin mərasimlərində iştirak etmək məqsədilə ayaqyalın yürüş ediblər.

Sumaria TV-yə müsahibə verən Liberio deyib:

"Nə yaxşı oldu ki, tarixi Ur şəhərini ziyarət etməyimiz Ərbəin günü münaibətilə müsəlmanların Kərbəlayə səfəri ilə eyni zamana təsadüf etdi.

Ur şəhərini ziyarət etmək üçün yola çıxarkən yolda Kərbəlaya üçün ayaqyalın səfər edən insanlarla rastlaşdıq. Biz hamımız bir yolda eyni hədəfə doğru hərəkət edirik."

Milli.Az 


Böyütmək üçün şəkillərə klikləyin.