Bu da Citroen DS3 Cabrio - FOTO

17 Dekabr 2013 18:33
DS3 Cabrio Racing seriya versiyasının yanvarda debüt edəcəyi gözlənildiyi halda Citroen premyeranı çox uzatmamağı qərara alıb və artıq bu gün yeni modeli üzə çıxarıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bütovlükdə, demək olar ki, model yayda Qudvudda göstərilmiş konseptdən heç nə ilə fərqlənmir (və bu çox yaxşıdır). Zahirən o qırmızı yerləşdirmələri olan tutqun boz rəngi (Moondust Grey), işlənmiş qazların xaric edilməsi sisteminin xromlanmış boruları, yumşaq sıyırma dam və karbon elementlər dəsti - splitter, yan ətəklər və arxa diffuzorla seçilir.

Zərif və sürətli kompakt 2014-cü ildə bazara çıxacaq. Çox güman ki, "qaynar" kompaktın tirajı məhdudlaşdırılacaq (ola bilər ki, 400 nüsxə), ona görə də növbəyə yazılırıq və qiymətləri gözləyirik.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.