Gələn ilin bayram günləri açıqlandı

17 Dekabr 2013 14:32
Azərbaycan Nazirlər Kabineti 2014-ci il Novruz, Ramazan və Qurban bayramları haqqında qərar verib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin Lent.az-a verdiyi məlumata görə, baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, Azərbaycan ərazisində 20-24 mart Novruz, 28-29 iyul Ramazan, 4-5 oktyabr isə Qurban bayramları kimi qeyd olunacaq.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər qeyri-iş günləri hesab olunacaq.

Milli.Az