817 dollarlıq maşınla dünyanı dolaşdılar

17 Dekabr 2013 12:46
Britaniyada yaşayan KlayvCillian Ravenlər dünyanın ən populyar onlayn dükanı eBay-dan 817 dollara satın aldıqları avtomobillə 16 ölkəni gəziblər.


Milli.Az TMZ-yə istinadən bildirir ki, 1968-ci ildə istehsal edilmiş Triumph markalı avtomobillə 27 min kilometr məsafə qət etmiş ərlə arvad səyahətlərinə iyunda yaşadıqları Şeffild şəhərində başlamışdılar.


Onlar Avropanı dolaşandan sonra Rusiya, Çin, Tailand, Sinqapur, Malayziya və Hindistanda olublar, səyahətlərini evlərində başa vurublar.


33 ildən bəri nikahda olan ərlə arvadın səyahəti 127 gün davam edib.


Milli.Az