«Milli kitab mükafatı» müsabiqəsində fərqlənən 10 əsər məlum oldu

10 Fevral 2010 11:31
Milli.Az xəbər verir ki, bu gün "Əli və Nino" kafesində keçirilən mərasimdə bundan əvvəl fərqlənmiş 20 müəllif arasından seçilən 10 nəfərin adı açıqlanıb. Bunlar - Şərif Ağayar ("Kərpickəsən kişinin dastanı" - hekayə), Əliabbas Bağırov ("Qiyamçı" - roman), Nəriman Əbdülrəhmanlı ("Yalqız" - roman), Samit Əliyev ("Sem şaqov v napravlenii zakata" - povest), Eyvaz Əlləzoğlu ("Odunçu geri qayıdır" - roman), Elxan Qaraqan - "A" roman), Kamran Nəzirli (Hekayələr toplusu), Əjdər Ol (Portret hekayələr), Rafiq Tağı (Hekayələr toplusu), Fəxri Uğurludur (Hekayələr toplusu).

Qeyd edək ki, münsiflər heyəti adları çəkilən 10 kitab arasından 3-nü müəyyənləşdirəcəklər.    
Ümumilikdə müsabiqəyə 265 əsər təqdim edilmişdi.


Leyla
Milli.Az