Onlar telefon danışıqlarına da qulaq asırlar

16 Dekabr 2013 19:16

"The Washington Post" qəzeti yazır ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) dünyada geniş tətbiq olunan telefon zənglərinin şifrlənməsi texnologiyasına asanlıqla müdaxilə edə bilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sözügedən agentliyin keçmiş əməkdaşı Edvard Snouden tərəfindən yayımlanmış sənədlərə əsasən xüsusi xidmət orqanı gündəlik radio dalğalarında dolaşan milyardlarla zəng və sms mesajların əksəriyyətinin deşifrlənməsi üçün vasitələrə malikdir.

Qəzet yazır ki, agentlik əksər mobil telefonları deşifrə etdiyinə görə şəxsi söhbətləri dinləmək üçün geniş imkanlara malikdir.

Ekspertlər bir neçə ildir tətbiq edilən texnologiyanın müdaxiləyə meyilli olmasından şikayətləniblər və provayderləri yeni sistemlərə keçməyə səsləyiblər. Bununla belə, MBA-nın telefon trafikini toplaması ilə bağlı mübahisələrin güclənməsinə baxmayaraq, şirkətlərin əksəriyyəti indiyə qədər yeni sistemdən istifadəyə keçməyib.

Milli.Az