Chrysler 200 gözə dəyib - FOTO

16 Dekabr 2013 20:56
Fotocasuslar şəhər küçələrində tamamilə örtüksüz dolaşan yeni nəsil Chrysler 200 sedanın şəklini çəkməyə müvəffəq olublar. Yeni modelin dünya premyerası yanvarda Detroyt avtosalonunda nəzərdə tutulur.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, fotoqrafların obyektivlərinə düşmüş avtomobil Chrysler şirkətinin rəsmi promo-çarxının çəkilişində iştirak edirdi.

Şəkillərə əsasən, demək olar ki, Chrysler həqiqətən modelin xarici görünüşünü kifayət qədər ciddi şəkildə yenidən gözdən keçirib. Sedan kupeyə bənzər profil və qabaq hissədə Tesla Model S elektrokarını xatırladan tərtibat əldə edib.

Chrysler 200 interyerini də eyni platformanı bölüşdüyü Dodge Dart modelindən götürüb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.