Çin kosmosda inanılmazı etdi - VİDEO

15 Dekabr 2013 19:31
Çin astronavtlarının Aya növbəti kosmik missiyası uğurla nəticələnib. Anspress yazır ki, alimlər "Çan-e 3" tədqiqat aparatını Ayın səthinə endiriblər. Əməliyyat zamanı aparatın yumşaq şəkildə eniş etməsi isə son 40 ildə kosmik səfərlər tarixində ilk belə təcrübə olub.

İndiyə qədər tədqiqat aparatları adətən, paraşütlə səthə eniş edirdilər. Proses saniyəbəsaniyə lentə alınıb. Kosmik aparatın adı isə qədim Çində ay tanrısı olan Çan-e-nin adı ilə bağlıdır.

Missiya əsasında, astofiziklər 3 ay müddətində ayın üzərində tədqiqat işləri aparacaqlar. Çin Rusiya və Amerika Birləşmiş Ştatlarından sonra kosmosa astronavt göndərən üçüncü ölkədir.

Milli.Az