Bakıda ağac soyqırımı - FOTO
16 Dekabr 2013 01:00
Bakı şəhərində ağac soyqrımı həyata keçirilir. Nizami rayonu, Naxçıvanski küçəsi 39 saylı binanın qarşısında ağaclar kəsilir. Həmin ünvanda yaşayan sakinlərin Milli.Az-a verdiyi məlumata görə, artıq 3-4 ağac dibindən qoparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Milli.Az-a açıqlamasında bildiridi ki, həmin sahə ilə məşğul olan departamentin əməkdaşları ağac kəsilən ünvana göndəriləcək. Araşdırma aparılandan sonra əlavə məlumat veriləcək.
Anar Məmmədov
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.