Ronaldinyo milliyə çağırılmadı

10 Fevral 2010 11:12
Milli.Az sports.ru saytına istinadən xəbər verir ki, Dunqa "Milan"ın ulduz yarımmüdafiəçisi Ronaldinyonu yığmaya çağırmayıb. Qeyd edək ki, Braziliya-İrlandiya matçı martın 2-də keçiriləcək.

Ronaldinyo 2009-cu ilin əvvəlindən milliyə dəvət almır. Lakin son zamanlar "Milan"ın heyətində uğurlu çıxışı onun yenidən yığmaya qayıdacağına ümidlər yaratmışdı.

Milli.Az