Bu da fərqli Range Rover - FOTO

14 Dekabr 2013 21:37
A. Kahn Design şirkətinin emalatxanasından tamamlama işləri görülmüş daha bir Range Rover Evoque RS250 krossoveri çıxıb. Lüks yığcam yolsuzluq avtomobili daha fərdi xarici görkəm və daha təmtəraqlı interyer tərtibatı əldə edib. Aqressiv formalı yeni kuzov detalları, iri diametrli həm təkər diskləri, həm də səsboğanın bir cüt borusu zərif avtomobilə bir qədər vizual idmançı görkəmi əlavə etməyə imkan verib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Range Rover Evoque RS250 salonunun şəkilləri dərc edilməyib, amma burada, həmişəki kimi, sifarişçinin istəyindən asılı olaraq fərdi tərtibatdan tətbiq olunacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.