Ən yaxşı dizayna mükafat verildi

14 Dekabr 2013 22:36
Automobile Magazine jurnalının versiyası üzrə "Ən yaxşı dizayn" nominasiyasında mükafatı Fransanın Citroen avtoistehsalçının bu ilin payızında Frankfurtda təqdim etdiyi konsept avtomobil aldı.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, oxucular və jurnalın redaksiyası Cactus-u ən qeyri-adi konsept hesab edərək onu ən yaxşı dizayn üçün mükafatla təltif etdilər.

Avtomobilin C4 Cactus adlandırılacaq seriya versiyasının nümayişi 2014-cü il fevralın 5-nə - şirkətin banisi Andre Sitroenin ad gününə planlaşdırılıb.

Milli.Az