Tbilisidə GUAM komitəsinin iclası keçirildi

13 Dekabr 2013 20:26
Tbilisidə GUAM ölkələrinin ticarət və nəqliyyat dəhlizinin inkişafına yardım layihələrinin idarəetmə komitələrinin XIX iclası keçirilib.

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan, Moldova və Gürcüstanın gömrük administrasiyalarının rəhbərləri iştirak ediblər.

Onlar ticarət və nəqliyyat dəhlizinin inkişafına yönəldilmiş tədbirlərin keçirilməsi haqqında hesabat veriblər.
 

Gəlirlər Xidmətinin nümayəndələri inkişaf konsepsiyası layihəsinin təqdimatını keçiriblər.

Görüşdə qeyd edilib ki, ticarət və nəqliyyat dəhlizinin inkişafı GUAM ölkələrində biznesin inkişafına müsbət təsir edəcək.

Gürcüstanın təşəbbüsü və tərəflərin razılığı ilə komitənin iclasında ilk dəfə olaraq iri biznes və daşıma şirkətlərin nümayəndələri də iştirak ediblər.

Milli.Az