Müğənni Natavan Həbibi xaricdə ev alır?
13 Dekabr 2013 19:33
Natavan Həbibi Lider kanalında yayımlanan "Nə olsun..?" verilişində qonaq olub.
Milli.Az-ın Gecce.az saytına istinadən məlumatına görə, müğənni verilişdə "Günəşdən qorxmadan" adlı mahnısını ifa edib. Mahnının efirlərdə ilk dəfə səsləndiyini deyən müğənni yaxın zamanlarda verəcəyi solo konsertə hazırlaşdığını bildirib. Müğənnilərin toyda mahnı oxumasına da münasibət bildirən Natavan:
"Müğənni də çörək yeməlidi, səhnəyə uyğun geyinməlidir, mahnı almalıdır. Əgər o albomdan, verilişlərə dəvətdən və sair kimi yerlərdən pul qazanmırsa, məcburdur ki, toya getsin pul qazansın. Başqa nə etməlidir ki?" - deyib. Efirdə evindən cadu tapıldığını bildirən müğənni belə mənasız şeylərə inanmadığını vurğulayıb. Natavan gələcək planlarında xaricdə ev almaq istəyinin yer aldığını da qeyd edib.
Milli.Az