Bayram günlərində azyaşlı tamaşaçıları maraqlı şənliklər, konsertlər gözləyir
Artıq qarlı, çovğunlu qış fəslini yaşayırıq. Qış özü ilə sərt soyuq, qarlı və yağışlı günlər gətirir. Qışın gəlişinə daha çox uşaqlar və uşaq ruhlu insanlar sevinir. Belə ki, qışın gəlişi uşaqlar üçün Yeni il şənliyi, Şaxta baba, Qar qız, yolka və hədiyyələr deməkdir. Yeni il şənliyi daha çox teatr binalarında və şəhərimizin mədəniyyət ocaqlarında sevilən aktyorların ifasında keçirilir. Hər il bu kimi bayramlarda məşhur simalara rol verilir ki, uşaqların bayramları daha çox unudulmaz və yaddaqalan olsun.