Bakıdakı qeyri-adi parkın möhtəşəm görüntüləri - FOTOSESSİYA

13 Dekabr 2013 20:00
Milli.Az Trend-ə istinadən xəbər verir ki, dekabrın 13-də Bakıda Dədə Qorqud parkının açılış mərasimi olub.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyev 2000-ci ilin aprelində parkın yerləşdiyi bu ərazidə "Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında" fərman imzalayıb.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" 2007-ci il 2 aprel tarixli sərəncamı ilə Nazirlər Kabinetinə həmin fərmanın icrasını təmin etmək üçün müvafiq tədbirlər görmək tapşırılıb.

Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb.

Parkın mərkəzində "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılıb. Abidənin müəllifi heykəltəraş Görüş Babayevdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





Foto: Ceyhun Ələkbərov, Trend